Sosial

”Bazarstore” daha bir marketlər şəbəkəsini aldı

21 Fevral 2018 13:55

Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan "Azərsun Holding" marketlər şəbəkəsini genişləndirir.  "Bazarstore"  "Bizim Market" supermarketlər şəbəkəsini alıb. Artıq hər iki şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb. Sözügedən marketlər şəbəkəsinin "Bazar Store" brendi adı altında, yoxsa "Bizim Market"  kimi fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil.

Özümüzə kəsdiyimiz fətva

21 Fevral 2018 13:54

Daha bir “Cek Pot” uduldu: 69 min 420 manat məbləğində “Binqo+8” və “Bahar Sevincləri” ilə  zəriflik və bərəkət bayramlarına qatılın

21 Fevral 2018 13:37

2018-ci ilin yanvar ayında “5/36” lotereyasında 41 min 380 manat, 13 min 630 manat və “6/40” lotereyasında 70 min 810 manat məbləğində “Cek Pot” uduşları qeydə alındıqdan sonra  intellektual lotereyalar sırasında “Cek Pot” uduş yarışması yeni gərgin mərhələyə keçmişdi. Lotereya həvəskarları növbəti “Cek Pot” uduşunu “6/40” lotereyasından gözlədikləri halda, “5/36” lotereyası “Cek Pot” uduş tezliyi üzrə şəksiz lider olduğunu bir daha sübuta yetirdi. Bu lotereyanın 18 fevral tarixli tirajında  “Cek Pot” uduşu qeydə alındı: 051384№-li lotereya biletinin sahibi olan bəxtəvər həmvətənlimiz 69 min 420 manata sahib oldu və indi haqlı olaraq intuisiyasının gücü ilə qürrələnə bilər...

Uşaqlar arasında virusların yayılma səbəbi

21 Fevral 2018 13:24

Uşaqlar arasında virusların, epidemiyaların son vaxtlar bu cür kəskin yayılmasına səbəb xəstəliyə yoluxmuş uşağın o vəziyyətdə məktəbə və bağçaya aparılmasıdır. Bu sözləri uşaq həkimi, pediatr Vaqif Qarayev son vaxtlar yayılan xəstəliklərə uşaqların daha çox yaylmasını şərh edərkən deyib. 

Sabahdan I sinfə şagird qəbulu başlayır

21 Fevral 2018 13:19

Fevralın 22-dən birinci sinfə şagird qəbuluna start verilir. Bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib.

Tikinti şirkəti səkini zəbt etdi

21 Fevral 2018 13:14

Tikinti şirkəti Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edib.

KİVDF Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə müsabiqə elan etdi

21 Fevral 2018 13:11

Müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub

21 Fevral 2018 13:06

Ölkə o zaman demoktratik ölkə, cəmiyyət o zaman demokratik cəmiyyət sayılır ki, orada ictimai və dövlət maraqları qorunsun, insanların hüquq və azadlıqları müdafiə edilsin, həmçinin fikir, söz və məlumat azadlığına hərtərəfli şərait yaradılsın. Vurğulamaq yerinə düşər ki, fikir, söz, məlumat və ifadə azadlığı həmçinin bu və ya digər ölkənin nə dərəcədə demokratik, hüquqi və müstəqil bir ölkə olduğunu sərgiləyir.

MDB və Avrasiya ölkələrindən 50 nümayəndə Azərbaycana gələcək

21 Fevral 2018 13:00

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan” dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə iyul ayında MDB və Avrasiya ölkələrini əhatə edən “MDB Startap platforması” layihəsi keçiriləcək. “OLAYLAR”-a Milli Şuradan bildirilib ki, layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələri qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şəraət yaratmaqdır.

Dini Komitə Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

21 Fevral 2018 12:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub. “OLAYLAR”-a Komitənin mətbuat xidmətindən bildirilib ki, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.

Beynəlxalq Ana Dili Günü qeyd olunub

21 Fevral 2018 12:56

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı məktəblərində “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz-dəyərimizdir”, "Ana dilim-doğma dilim", “Ana dilimiz-Milli sərvətimizdir”, “Mənim dilim” və digər müvafiq mövzularda tədbirlər, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, xüsusi dərslər və  məşğələlər təşkil edilib.

Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi - SİYAHI

21 Fevral 2018 12:48

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb. Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.

Oğlan, yoxsa qız? Uşağınızın cinsiyyətini ÖZÜNÜZ TƏYİN EDİN

21 Fevral 2018 12:42

Əksər valideynlər doğulacaq övladının cinsiyyətinin nə olacağı ilə bağlı maraqiçərisində olurlar. Bununla yanaşı bəzi cütlüklər gələcəkdə planlaşdırdıqları övladlarının cinsiyyətini də əvvəldən müəyyən etmək istəyirlər. Məsələn kimisi qızının, kimisi də oğlunun olmasını arzulayır.