Sosial

Qaloşla efirə qaçıb gələn qadının taleyi eşidənləri DƏHŞƏTƏ GƏTİRDİ - Sən kişisənmi? - VİDEO

21 Fevral 2018 17:01

Bu gün "Səni axtarıram"da ilginc olay baş verib. Başqa qadınla görüşüb, sonra uşaqlarının yanında əri tərəfindən alçaldılan qadın qaloşla Bakının Sulutəpə qəsəbəsindən Xoşqədəmin verilişinə gələrək yaşadıqlarını danışıb.

Heydər Əliyev Mərkəzində - "Beynəlxalq ana dili" günü tədbiri keçirilib 

21 Fevral 2018 16:58

149 saylı Ağdam köçkün tam orta məktəbi Yasamal rayonu Heydər Əliyev Mərkəzində "Beynəlxalq ana dili" günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru açaraq bildirib ki, Heydər Əliyev irsini gənc nəslə öyrədilməsində və təlim tərbiyəsində məktəblərin mərkəzlə əməkdaşlıq etməsi təqdirəlayiqdir. Tədbirdə məktəblilər ana dili, vətənə həsr edilmiş şeir və kompozisiyalar söyləyiblər. Tədbirin sonunda məktəbin direktoru Arzu Hüseyn çıxış edərək əməkdaşlığa görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

70-ə yaxın qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

21 Fevral 2018 16:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Usubov və Qaralov avtoritetləri qəbul etmədi – İmtina

21 Fevral 2018 16:06

Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.

Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə yeni istehsal və emal müəssisələrinin açılmasını təmin edir

21 Fevral 2018 15:19

Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni istehsal və emal müəssisələri açılır ki, bu da bölgə sakinlərinin rifah halının yüksəlməsinə xidmət edir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət çərçivəsində isə regionlarda sənaye məhəllələri və aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Zərdabda yem emal müəssisəsi açılıb.

Bu uşaqlar lisey və gimnaziyalara pulsuz qəbul olunacaq

21 Fevral 2018 15:10

2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək. Məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva deyib. O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.

İsrail -İran dueli hələlik sözdə davam edir

21 Fevral 2018 14:42

Yaxın Şərq problemi uzandıqca İsrail-İran münasibətləri gərginləşməkdə davam edir. Artıq uzun müddətdir ki, iki dövlət müxtəlif beynəlxalq tribunalardan yararlanaraq bir-birlərinə qarşı ittihamla çıxış edirlər. Bəzən isə bu ittihamlar ultimatum həddinə çatır. Danılmaz faktdır ki, ABŞ-dan sonra İranı BMT ali tribunasından hədəfə alan ikinci ölkə İsrail olub. Baş nazir Netanyahu dəfələrlə çıxışının böyük hissəsini İrana həsr edib. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələri ilə yaxın münasibətlər quran İsrail ərəb dövlətləri ilə də münasibətləri istiləşdirmək yolunda önəmli addımlar atmaq niyyətini bəyan edib.

Yaşlıların test uğursuzluğu...

21 Fevral 2018 14:41

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanın nəticələri bəlli olub. DİM imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb. Məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər, qadınlar üzrə isə 512 nəfər 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib. Xatırladaq ki, dövlət qulluğuna qəbulla bağlı 2000-dən çox vakansiya elan olunmasına baxmayaraq imtahanda iştirak etmək üçün qeydiyyatdan cəmi 1537 namizəd keçib. Maraqlıdır, dövlət qulluğunda çalışmaq istəyənlərin sayının azalmasına hansı amillər təsir göstərir?

Övladının rus bölməsində təhsil almasını istəyənlərin nəzərinə

21 Fevral 2018 14:26

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyaların mikroərazisində yaşayan və övladları müsabiqəyə cəlb edilən şəxslər Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər. Hər bir müraciət araşdırılacaq və onların qəbulunun müsabiqəsiz həyata keçirilməsi təmin ediləcək”.

Anar Bağırov: “Prezident vəkillərin sayının artırılmasına tövsiyə verib”

21 Fevral 2018 14:17

“Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır, minə yaxın hüquqşünas var”. “Olaylar” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ” Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda keçirilmiş konfransda deyib.A. Bağırov deyib ki, hazırda bu istiqamətdə lazımı tədbirlər görülür: “Dövlət başçısının vəkillərin sayının artırılmasına dair tövsiyələri də var.

13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"

21 Fevral 2018 14:14

Göygöl rayonunun Mollacəlilli kəndində evdən qaçan 2 ayın gəlini 20 yaşlı Asiya Ağakişiyeva tapılıb. Artıq 13 gündür evdən gedən A.Ağakişiyevanın fen almaq üçün qayınatası ilə mağazaya getdiyi və ərazi yaxınlığından taksiyə minərək uzaqlaşdığı bildirilib: “Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir".

Mədət Quliyev ata oldu

21 Fevral 2018 14:07

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev ata olub. M.Quliyevin xanımı Zəhra Quliyeva övlad dünyaya gətirib.