Sosial
Bu gün Beynəlxalq Ana Dili Günüdür
“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - qatilin şok etirafları
Bakıdakı gecə klubundan şok görüntülər – VİDEO (+18)
Natavandan boşanan Dado gecə klubunda qızla görüntüləndi - FOTO
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu barədə qərar Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında elan edilib. Beynəlxalq Ana Dili Gününün tarixçəsi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə əlaqədardır.
Bakıda 49 manata dönər satılır - VİDEO
Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə”
Jurnalistlər üçün müsabiqə elan edildi QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə TB-REP regional vərəm proqramının Azərbaycan vətəndaş cəmiyyəti əlaqələndiricisi Sağlamlığa Xidmət İB-in təşəbbüsü və Vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə yaxınlaşmaqda olan 24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan olunur.
Tanınmış teleaparıcıya itki üz verib
Zabit Səmədovdan toyda möhtəşəm rəqs - VİDEO
Beynəlxalq Ana dili günü 11 saylı internat məktəbində
AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib. Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.
“Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”– Tibbi maarifləndirmə
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Hövsan qəsəbəsi, 281 nömrəli tam orta məktəbdə “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” mövzusunda mühazirə keçirilib. Tədbirdə Suraxanı İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər və müəllimlər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəmkirdə mühazirə - "Cümhuriyyət tariximiz və müasirlik"
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadənin rayon ictimaiyyəti ilə görüşü olub. Olaylar.az bildirir ki, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdən öncə qonaqlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb, rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar.
“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Doyunca yatmasanız, bu dəhşətli xəstəliklər sizi gözləyir...
Doyunca yatmamağın ziyanı şübhə doğurmur. Alimlər sübut ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssislər aşkarlayıblar ki, yuxunun itməsi niyə məhz beyinə təsir edir və əgər ötən gecəni rahat yatmamışıqsa, bizə nəyisə düşünmək niyə mürəkkəbdir. Məsələn, yaddan çıxmış açarlar, xoşagəlməz səhvlər, ütü, ayaqqabını ayağa düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əviv, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər.
Artıq çəkinin qarşısını alan meyvəkökü
Yerkökü ən faydalı meyvəköklərindən sayılır, hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə olaraq qəbul edilib.














