Sosial
Dini radikalizm və onun təzahürlərindən danışılıb
Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Sabah hava necə olacaq?
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Manananın dəbdəbəli otelindən görüntülə r -FOTOLAR
Azərbaycanda alkoqoliklərin sayı açıqlandı - Arasında uşaq da var
Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb. Məlumata görə, 2011-ci ildə 19.765, 2012-ci ildə 21.103, 2013-cü ildə 21.584, 2014-cü ildə 22.278, 2015-ci ildə isə 21.777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21.909-a, 2017-ci ildə 21.364 yüksəlib.
Azərbaycanda daha bir yol pullu olacaq
Orduxandan ermənilərə dəstək - VİDEO
Hollandiyada sığınacaq alan Orduxan Teymurxan daha bir ermənipərəst çıxış edib. O, çıxışı zamanı ermənilərin vəhşilik etmədiyini bildirib.
Goranboy suvarma idarəsində dava - Xəstəxanadan açıqlama
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində insident baş verib. İdarənin işçilərindən biri bildirib ki, hadisə dünən işdən sonra olub. İdarədə iş icraçısı olan Sadiq Allahverdiyevlə rəis Gündüz Bağırovun arasında mübahisə düşüb. Nəticədə iş icraçısı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırovla əlaqə saxladıq. Köməkçisi rəisin Goranboy Rayon İcra Hakimiyyətinə çağrıldığını bildirdi.
"Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə
Bakıda "Gülənçi" olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb. 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb.
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
Xoşqədəm onu təhqir edən transseksualı məhkəməyə verdi
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Instagram”da onu tənqid edən Nura Paşayeva adlı transseksualı məhkəməyə verib. Məlumata görə, Baxşəliyeva bu barədə status yazıb: “Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam.
Gəncə yol polisi rəisinin işdən çıxarıldığı rəsmən təsdiqləndi
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
Oliqarx uşaqlarının lüks həyat tərzi və dəbdəbəli həyatı - GÖZ QAMAŞDIRAN
Sosial şəbəkələrdə hər gün saysız-hesabsız fotolar paylaşılır. Onların içərisində varlı ailələrin uşaqlarının dəbdəbəli həyat tərzi daha çox diqqət cəlb edir.
Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video
Xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb. Yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar.
İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair: “Belə intiharın ucaldılmasına qarşıyam”
Sosial şəbəkədə İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair, tarix müəllimi Emin Piri məsələ ilə bağlı minval.info saytına özəl açıqlama verib.
Müstəntiq: “Həbs edilən Eduard Qriqoryan 1991-ci ildə Ermənistana təhvil verilib”
"İstintaqla müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb". Məlumata görə, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
.jpg)

.jpg)











