Sosial

Qəzalı və istismar müddəti keçmiş binaların yerində tikiləcək binaların tikintisinə dair tələb dəyişib

22 Fevral 2018 11:30

Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli qərarında dəyişikliklər edib.

İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

22 Fevral 2018 09:27

İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var. Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib. Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:

Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır

22 Fevral 2018 09:07

Bu gün Bakıda dəyəri bir neçə milyon manat olan mənzil və villalar mövcuddur. Bunu  Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, bahalı mənzillər əsasən şəhərin mərkəzində premium binalarda yerləşən, böyük sahəyə malik, dəniz mənzərəsi olan mənzillər. Bu mənzillərin qiyməti 3 milyon manata qədərdir.

Bakı Dövlət Universitetinin 100 illiyi qeyd edildi

21 Fevral 2018 22:36

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.z bildirir ki, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra isə ümummilli liderin adını daşıyan parkda universitetin 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib.