Sosial

Azərbaycanla Türkiyə arasında saziş ratifikasiya edildi

23 Fevral 2018 13:38

Milli Məclis Azərbaycanla Türkiyə arasında 2017-ci ildə imzalanan iki sazişi ratifikasiya edib. “Olaylar” ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” imzalanan sazişlər müzakirə olunub. Müzakirələrdən sonra sazişlər təsdiqlənib.

Əli Hüseynli: “479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb”

23 Fevral 2018 13:35

“Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.

Böyük əfv gözlənilir

23 Fevral 2018 13:34

“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib: “Bununla bağlı hazırda ciddi işlər gedir.

Deputat: “Vəkillərin səlahiyyətləri artırılmalıdır”

23 Fevral 2018 13:31

“Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”.

Əli Hüseynli: "Vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edilməməlidir"

23 Fevral 2018 13:25

“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”.

Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş sərgi açılıb

23 Fevral 2018 13:22

AMEA Mərkəzi Elmi Kitabxanasının  Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunub. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan kitablar, fotoşəkillər nümayiş olunur.

İstanbulda Xocalı abidəsi

23 Fevral 2018 13:11

Fevralın 26-da İstanbulun  Bağcılar bölgəsində Azərbaycan Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əks etdirən abidənin açılışı olacaq. Abidə İstanbul Bələdiyyəsi və Azərbaycan İstanbul Baş Konsulluğunun birgə işi nəticəsində hazırlanıb.

MTRŞ: "Xəbərdarlıqdan sonra “Avto FM”də dəyişikliklər hiss olunur"

23 Fevral 2018 12:54

““Avto FM”ə (107.7) xəbərdarlıq edildikdən sonra radioda müəyyən müsbət dəyişikliklər hiss olunur”. Bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 

Abid Şərifov: “Nazirlər Kabineti bu qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”

23 Fevral 2018 12:50

“Bayıl yamacındakı sürüşmə zonasında 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq” “Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub”. Bunu baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: “Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.

Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq istəyənlər var

23 Fevral 2018 12:07

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib: “Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.

Şəhid Şahlar Nəzərova həsr edilmiş kitab işıq üzü görüb

23 Fevral 2018 11:56

Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib. “Olaylar” xəbər verir ki, kitabda Vətənimizin bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Şahlar Nəzərovun keçdiyi ömür yolundan bəhs olunur.

Amasya Universitetində Xocalı şəhidləri anılıb

23 Fevral 2018 11:49

Türkiyə Cümhuriyyətinin Amasiya Universitetində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu barədə məlumatı “OLAYLAR”-a "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu verib. Tədbirdə əvvəlcə faciə qurbanlarınəın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər 1992-ci ilin fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edib, insanlıq əleyhinə yönəlmiş bu cinayətin iştirakçılarının tezliklə cəzalandırılmasını tələb ediblər.