Sosial

Əliyevin çıxışı hamını qorxuya salmışdı – Bünyadovun qatili

23 Fevral 2018 11:37

1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibəni təqdim edir:

“Tibbi maarifləndirmə” proqramında növbəti tədbir

23 Fevral 2018 09:25

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Afət Məmmədovanın Binəqədi Gənclər Evində tibbi maarifləndirici mühazirəsi təşkil olunub. Olaylar.az bildirir ki, 18 nömrəli Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecinin bir qrup tələbə qızlarının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova açıb.

“Qırmızı Kitab”ın əsasnaməsində dəyişiklik edildi

23 Fevral 2018 09:18

Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında əsasnamədə dəyişiklik edib. Bu barədə sənədi Baş nazir Artir Rasi-zadə imzalayıb.

“Xocalı həqiqətləri Çin dilində” adlı tədbir 

23 Fevral 2018 09:05

Azərbaycan Dillər Universitetinin  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov XX əsrin ən faciəvi hadisələrindən olan Xocalı qətliamının ağır nəticələrindən söz açıb. O, dünyada bu qanlı hadisələr barədə həqiqətlərin yayılmasının, faciənin soyqırımı kimi tanınmasına nail olmağın vacibliyini vurğulayıb.

Rektor Rumıniya səfiri ilə görüşüb

22 Fevral 2018 22:17

Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Olaylar.az bildirir ki, Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən Kamal Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans

22 Fevral 2018 20:10

2018-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın müvafiq əmrinə əsasən konfrans Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Soyuq yerdə oturmaq sonsuzluğa yol açır

22 Fevral 2018 20:06

Uşaqlıqdan biz eşidirik ki, soyuq daşın, skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.