Rektor Rumıniya səfiri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Olaylar.az bildirir ki, Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən Kamal Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb.
22 Fevral 2018 22:17 SosialAzərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Olaylar.az bildirir ki, Rumıniyanın Babeş-Bolyay Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması üçün göstərdiyi səylərə görə səfirə öz təşəkkürünü bildirən Kamal Abdulla bu fəaliyyəti çox yüksək qiymətləndirdiyini vurğulayıb.
Rektor ümid etdiyini bildirib ki, cənab səfiri ADU-da tələbələr qarşısında çıxış edən müəllim kimi də görəcək. Kamal Abdulla əlavə edib ki, ADU-da Rumıniya Mərkəzi açılacaq.
Rektor ADU-da Rumıniyaşünaslıq ixtisasının tədris olunacağı barədə də məlumat verib. Qeyd edib ki, bu ixtisas üzrə hər il 15 nəfərə yaxın tələbə təhsil alacaq. Kamal Abdulla Rumıniya universitetlərindən birində Azərbaycan multikulturalizmi fənninin tədris edilməsini təklif edib, Rumıniyada Azərbaycanı sevənlərin sayını artırmağın vacibliyindən danışıb.
Təklifləri müsbət qarşılayan Dan İanku Azərbaycan və Rumıniya mərkəzlərinin bir gündə açılması təklifini irəli sürüb. Təklif müsbət qarşılanıb.
Görüşdə ADU və Rumıniyanın Babeş-Bolyay Universiteti arasında protokol imzalanıb.