Bakıdakı “Stalinka” tipli binalar sökülür Yerində yeni binalar tikiləcək
23 Fevral 2018 11:18 SosialBakıda qəzalı vəziyyətdə olan evlər və "Xruşovka" kimi tanınan binalardan sonra "Stalinka"ların da söküntüsü həyata keçirilir.
İşlər pilot layihə çərçivəsində icra olunur.
Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən binalar istismar müddətini başa vurub və bir çoxu qəzalı vəziyyətdədir.
Qeyd edək ki, pilot layihələrin icrası zamanı vətəndaşlarla müqavilə bağlanılır. Tikinti müddətində sakinlərə evin kvadratına uygun olaraq 300-500 manat aylıq kirayə pulu ödənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00