Sosial
Aparıcı ATV-də yüksək vəzifəyə təyin edildi
Xocalı şahidləri nələr danışdılar...
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin qərargahında Xocalı soyqırımı zamanı əsir və girov götürülmüş, işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərlə yanaşı, şahid ifadələrinə görə hələ də əsir-girovluqda olan, həmçinin itkin düşmüş hesab olunan soydaşlarımızın ailə üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən birliyin sədri Esmira Orucova bildirib ki, Xocalı qətliamından artıq 26 il keçir: “Tədbirin keçirilməsində məqsəd sizlərə mənəvi dəstək olmaq, təsəlli verməkdir.
Yanan mənzildə ev sahibinin meyiti aşkar edilib
Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 34 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı mənzildən 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.
Bağlı qapı arxasında huşsuz qalan xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş tədbirlər davam edir
Milli Məclisin deputatı Sona Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir. MM-dən “Olaylar”a verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində Kocaeli bölgəsində yeni salınmış Azərbaycan parkının açılışı, soyqırım qurbanlarının anım mərasimi keçiriləcək, Xocalı faciəsini əks etdirən rəsm sərgisi təşkil olunacaq.
Azərbaycanda narkoman qadınların sayı azalıb
Azərbaycanda rəsmi qeydiyyata alınan qadınların sayı azalıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.
52 yaşlı kişinin cəsədi mənzildə aşkar edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Elektrik dirəyinə çıxaraq intihar etmək istədi
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Dövlət Gömrük Komitəsi təkzib edir
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb.
Aydın Əliyev Xaçmazda qəbul keçirib
Fevralın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Ödəməyə borclu olduğumuz BORC- Ömrümün Qarabağ səhifəsi layihəsindən
Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmiş və qaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: “Ölməzlik” və “Vətən, səndən keçmək olmaz!”
Evli kişilərlə sevgili olan xanımlara... - Fenomen serialdan mesaj
Ziya Bünyadovun qətlinin 21 illik sirri
Akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ilində qətlin iştirakçılarından olan Nizami Nağıyevin mətbuata verdiyi müsahibə yendən 21 il geri qayıdaraq həmin qanlı hadisə barədə bir çoxlarını bir daha düşünməyə, baş sındırmağa, qətlin həyata keçirilməsinə səbəb olan əsas məqamı axtarmağa sövq etsə də, lakin ötən 21 ildə heç bir nəticə vermədiyi kimi bu dəfəki çabalar da bir sonuca çatmadı. Bütün bunları bir kənara qoyaraq Nizami Nağıyevin müsahibəsinin əsas məğzinə diqqət yetirək. Və hansı səbəbdən onun indi gündəmə gəlməyə cəhd göstərdiyini aydınlaşdırmağa çalışaq.
Əl-ələ tutuşmaq - ağrıları azaldır
Sevgililərin əl-ələ tutaraq bir müddət dayanması bir-birilərinin fiziki ağrılarını azaldır. Bu haqda ABŞ alimləri araşdırma aparıblar. Məlumata görə, sevdiyiniz insanın əlini tutmaq, dəriyə vurulan isti bir dəmir parçasının verəcəyi acını keyləşdirəcək qədər təsirlidir. Bu vəziyyətin impatiyadan qaynaqlandığını düşünən elm insanları, yoldaşların bir-birilərinə duyduqları sevgini toxunaraq qarşı tərəfə hiss etdirdiklərini və beyin dalğalarının eyni tezlikdə "rəqs etməyə başladığını" deyir. Toxunmaqla keçən impatiya duyğusunun ağrı hiss edən adamın stressini ləngitdiyi və beyinin ağrı azaldan kimyəvi maddələr ifraz etməsini təmin etdiyi güman edilir.
Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisini evində qəbul etdi
Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.











.jpg)


