Sosial

Hər gün 4 litr su içsək nə baş verər?

27 Fevral 2018 16:40

Gündəlik müntəzəm olaraq su içmək insan orqanizmi üçün çox faydalıdır. Bu eyni zamanda insanın arıqlamasına da gətirib çıxarır. Hər gün 2 litr su içən adamların daha sağlam bədənə sahib olması sübut olunan proseslərdəndir.  Mütəxəssilərin əksəriyyəti bu vasitəylə insanların arıqlamasını təmin etməyin mümkün olduğunu bildirirlər.

Səidə Sultan ona elçi gələn oğlanı boğub öldürmək istədi - VİDEO

27 Fevral 2018 16:33

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Səidə Sultan maraqlı açıqlamalar verib. Müğənni Mövlananın fəlsəfi sözlərindən yola çıxıb "Qarip dünya" adlı klipini təqdim etdi: "Mahnım "Qarip dünya" adlanır. Musiqisi Murad Zeynallı, sözləri Mövlanaya məxsusdur. Klip UniMedianın məhsuludur. Klipi gənc rejissor İlkin çəkdi. Əslində mahnı 3 ay bundan qabaq hazır idi. Sadəcə olaraq istədim ki, kliplə bərabər təqdim edim. Ona görə də iş biraz uzandı. Yeni işim insanlar tərəfindən də yaxşı qarşılandı".

Regionların sosial-iqtisadi inkişafı ölkənin iqtisadi inkişafına təkan verir

27 Fevral 2018 16:29

Regionların sosial iqtisadi inkişfı dövlət proqramlarının icrasında aidiyyati mərkəzi və yerli icra hakimiyyətləri orqanları üzərinə konkret vəzifələr qoyulub. Ümimilikdə ölkə iqtisadiyyatının inkişafını təmin edəcək dövlət proqramları regionların da simasının dəyişilməsilə müşahidə olunmaqdadır. Xüsusilə, bölgələrdə aqrar sahənin inkişafı nəinki ölkəmizi kənd təsərrüfatı məhsulları ilə təmin edəcək, eyni zamanda ixrac potensialının artmasına təkan verəcək.

Ramil Usubov vətəndaşı təhqir edən polis əməkdaşını işdən qovdu

27 Fevral 2018 16:26

Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb.

Yerdə dördüncü maqnit fırtınası baş verdi

27 Fevral 2018 16:22

Fevralın 27-də Günəş diskinin mərkəzində meydana gələn çuxur Yer üzərində maqnit fırtınasına səbəb olub. Bu məlumat FIAN-ın Günəş Astronomiyası Laboratoriyasının hesabatında yer alıb. “Çərşənbə axşamı səhər saatlarından Yerin maqnit sahəsinin dalğalanmalarında nəzərəçarpacaq artım müşahidə edilir. Son 10 saat içərisində sahə pozulmasının amplitudası 10 qatdan çox artıb”, - hesabatda bildirilib.

Qazaxıstan nümayəndə heyəti Azərbaycandadır

27 Fevral 2018 16:20

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti  ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, bu sahədə müasir və şəffaf iş təcrübəsi, o cümlədən innovativ əsaslı sığorta-pensiya sistemi ilə tanış olmaq, təcrübə mübadilələri aparmaqdır.

Tiflisdə güclü yanğın: azərbaycanlıların obyektləri...

27 Fevral 2018 16:12

Ötən gecə Tiflisdə güclü yanğın baş vermiş “Terqi” ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur. Məlumata görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.

Almaniya mütəxəssislərinin iştirakı ilə peşəyönümü xidmətlərinə dair təlim kurslarına başlanılıb

27 Fevral 2018 16:01

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzlərinin “Məşğulluq mərkəzləri və peşə məktəblərinin mütəxəssisləri üçün peşəyönümü üzrə potensialın gücləndirilməsi” mövzusunda təlim kurslarına başlanılıb.

İşçiyə ödənilən rəsmi əmək haqları gələcək üçün sabit sosial təminatın təməlidir

27 Fevral 2018 15:38

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib. Ötən müddətdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının  rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib..