Sosial

Yaddaşı möhkəmləndirən QOXU

27 Fevral 2018 18:37

Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər. Rosbalt xəbər verir ki, İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.

Anası 35 il öncə Xoşqədəmin bədəninə niyə iz qoydu? - Açıqlaması ŞOK ETDİ - VİDEO

27 Fevral 2018 18:34

Bu gün "Səni axtarıram"ın canlı yayımında aparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatından növbəti açıqlaması ilə diqqətləri üzərinə çəkib. 44 yaşlı xanım aparıcı 4-cü sinifdə oxuyarkən anasının onu bərk döydüyünü deyib. Xoşqədəm həmin vaxt dizindən aldığı zərbənin izinin bugünə kimi qaldığını bildirib.

Diqqət: Başgicəllənmənin əsl səbəbləri

27 Fevral 2018 18:33

İnsanların əksəriyyəti bu halla tanışdır. Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə "həqiqi baçgicəllənmə" (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.

Jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə sənədləşmə işləri yekunlaşır

27 Fevral 2018 18:27

Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ali məclislə əlaqədar sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə Mətbuat Şurasından məlumat verilib.

Yeni fond yaradılır - Əməyin mühafizəsi ilə bağlı

27 Fevral 2018 18:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir. Bunu Trend-in sualına cavab verərkən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"İdeal"ın Azərbaycan xalqına hörmətsizliyinə SƏRT REAKSİYA: "Qanlı izlər qoyanlara..."

27 Fevral 2018 18:08

“İdeal” mağazalar şəbəkəsinin 23 fevralda keçirdiyi aksiya sosial şəbəkədə və mətbuatda son günlər ən çox müzakirə edilən mövzulardan birinə çevirildi. Həmin gün ancaq kişi ətirlərinə olan endirim və bunun xüsusi olaraq vurğulanması şirkətin sosial şəbəkə izləyicilərinin ciddi tənqidinə tuş gəldi. Xatırlatmaya ehtiyac olmasa da, qeyd edək ki, 23 fevral sovet ordusunun yaranma günüdür. Məhz həmin ordu tərəfindən yüzlərlə azərbaycanlının həyatı məhv edilib. Xalqımızın yaddaşına acı bir gün kimi iz buraxan belə bir ordunun yaranma günündə “İdeal” mağazasının kişilər üçün aksiya keçirməsini necə izah edəcəyi həqiqətən də maraqlıdır.

Litvada Xocalı şəhidlərinin xatirəsi anılıb

27 Fevral 2018 17:33

"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Litvanın Klaypeda şəhərindəki azərbaycanlıların "Azəris" cəmiyyəti soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. “OLAYLAR” xəbər verir ki, Klaypeda şəhərinin Milli Mədəniyyətlər Sarayında keçirilən tədbirdə şəhər administrasiyasının nümayəndələri, xarici ölkələrin fəxri konsulları, milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

“Zəngi” liseyindən Xocalıya ədalət çağırışı

27 Fevral 2018 17:32

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Zəngi” liseyində anım mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirin təşkilatçısı Səbinə Novruzzadə XX əsrin bəşəri faciəsi olan Xocalı soyqırımı barədə məlumat verərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar tərəfindən Xocalı şəhərində ağır cinayət törədilib. Erməni vandalları qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdiriblər. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idilər. 8 ailə tamamilə məhv edilib, 487 nəfər şikəst olub. Onlardan 76 nəfəri hələ yetkinlik yaşına çatmamışdı. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Qubada itkin düşən alpinistlərin axtarışlarına yeni qrup qoşulur

27 Fevral 2018 17:31

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.

Paytaxtda yeni taksi dayanacaq məntəqələri müəyyənləşdirilir

27 Fevral 2018 17:22

Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib. Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və  yol nişanlanma xətləri çəkilir.

Səlim Müslümov: “Fevral ayı üçün pensiyaların köçürülməsi başa çatdırılıb”

27 Fevral 2018 16:48

Bu gün fevral ayı üzrə bütün pensiyaların maliyyələşməsi başa çatdırılıb, bu gün sonuncu pensiyalar köçürülüb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.