Sosial

Daşkəsəndə sevgilisini öldürən kişi intihar etdi

27 Fevral 2018 14:04

Fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb. Araşdırma aparılır. Qeyd edək ki, 1975-ci il təvəllüdlü Mahizər Cəfərova və 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov qeyri-rəsmi nikahda yaşayırmışlar.

Amsterdamda Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub

27 Fevral 2018 13:59

Niderland Krallığının paytaxtı Amsterdamda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib. “OLAYLAR” xəbər verir ki, şəhərin “De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan prorqam Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib. Tədbirdə həmçinin Vyana Konservatoriyasının tələbəsi, solist Onidia Danger Azərbaycanla bağlı öz fikirlərini bölüşüb. O, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü deyib, xalqımıza bir daha belə faciə ilə üzləşməməyi və sülh arzulayıb.

Azərbaycanda qeyri-qanuni məşğulluq faktları aşkarlanıb

27 Fevral 2018 13:41

Yanvar ayı ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri və Şamaxı rayonunda 4 müəssisədə (“Grand Hospital, Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Zəkiyev Saleh Mirabas oğluna məxsus mağaza, “İmplant Art” Dental Klinika”) qeyri-rəsmi məşğulluqla mübarizəyə dair yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən verilən məlumata görə, həmin dörd müəssisə ümumilikdə doxsan doqquz min manat məbləğində cərimə olunub.

Tikinti şirkətlərində 70 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb

27 Fevral 2018 13:38

Yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi)  6 səyyar monitorinq həyata keçirilib.

Çiskin olacaq

27 Fevral 2018 13:29

Bakıda və Abşeron yarımadasında fevralın 28-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi  əsəcək. 

Coğrafiya İnstitutu: "Qışda Bakıya qar yağmaması iqlim dəyişmələri ilə bağlıdır"

27 Fevral 2018 13:22

"Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq". Bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz  Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur.

Casusluqda ittiham olunanların bir qisminin cinayət işi məhkəməyə göndərilib

27 Fevral 2018 13:09

"Casusluqda ittiham olunanlar müxtəlif şəraitdə müxtəlif yerlərdə cinayət törədiblər. Onların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək". Bunu Respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib. O bildirib ki, cinayət törədənlərin hərbi hissələri fərqlidir: "Bu cinayətlər başqa-başqa yerlərdə törədilib. Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək".

Nazirliyin Bayıl yamacı ilə bağlı SON AÇIQLAMASI: Ola bilər ki...

27 Fevral 2018 12:37

“Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, yerin dərinliklərində proses gedir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Bəxtiyar Vahabzadə adına liseyin direktoru cəzalandırıldı - ŞOK SƏBƏB

27 Fevral 2018 12:13

Noyabrın 10-da, Mustafa Kamal Atatürkün vəfatının ildönümündə qol qaldırıb oynayan lisey direktoruna cəza verilib. Müxalif CHP-dən olan millət vəkili İbrahim Özdişin gündəmə gətirdiyi hadisəyə Türkiyənin Təhsil naziri İsmət Yılmaz cavab verib. Nazir Atatürkün ölüm günündə Adanada yerləşən Bəxtiyar Vahabzadə adına liseyin həyətində rəqs edən direktor Sırrı Huyluya maaş cəzası kəsildiyini bildirib.

Cinayət Məcəlləsinə dəyişiklik edilir

27 Fevral 2018 11:56

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən “Dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hkimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq.