Bu ölkələrin vətəndaşları Azərbaycanda sığınacaq axtarır - STATİSTİKA
27 Fevral 2018 12:03 Siyasət"Statuslarından asılı olmayaraq, Azərbaycanda sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir".Bunu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.O söyləyib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarlarından məhkəmələrə etdikləri müraciətlərin sayı ildən ilə artır: "2015-ci ildə məhkəməyə müraciətlər 8, 2016-cı ildə 11, 2017-ci ildə isə iki dəfə artıb. Belə müraciətlərin sayı ümimilikdə 38 olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub".R.Rzayev bildirib ki, həmin müraciətlərdən 30-u rədd edilib: "Məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır". (report)