Sosial

Uşaqlarınıza bu adları qoya bilərsiniz - Düşvarə, Danqız, Çolpan...

6 Mart 2018 17:41

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb. Məlumata görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.

Usubov rəisi təqaüdə göndərdi

6 Mart 2018 17:33

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantl Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu PPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikməy Vəliyev təyin edilib.

Bu taksi şirkəti satışa çıxarıldı – 1000 manata

6 Mart 2018 17:28

Hazırda fəaliyyət göstərən taksi şirkətlərindən biri satılır. Sahibi Ucuz Taksi MMC-ni satışa çıxarıb. *9988 nömrəsi ilə fəaliyyət göstərən, Azərbaycan və Bakı üzrə sərnişin daşımalarının həyata keçirilməsi üçün yaradılan nəqliyyat şirkəti 1000 manata satılır.

“Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”

6 Mart 2018 17:24

“Seçki ilə bağlı təbliğat kampaniyasına martın 19-dan sonra start verilir. Ancaq Milli Şura martın 10-da mitinq keçirəcək. Hesab edirəm ki, bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”.

DİM: "363 namizəd iddia etdiyi vəzifəyə uyğun sayılmayıb"

6 Mart 2018 17:22

Yanvarın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi davam edir.

Paytaxt məktəbində bayram şənliyi keçirilib

6 Mart 2018 17:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 81 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə  təntənəli bayram tədbiri keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri  iştirak ediblər.

Regional proqramlar Qəbələnin simasını dəyişib

6 Mart 2018 17:12

Respublikanın hər bir bölgəsində olduğu kimi Qəbələdə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. 2004-cü ildən mərhələli şəkildə icra olunan və artıq üçüncü Dövlət Proqramının başa çatması ərəfəsində Qəbələnin siması əsaslı dərəcədə dəyişib, yeni infrastruktur yaradılıb, rayonda demək olar ki, işsizlik problemi tamamilə aradan qalxıb.  

Əmək Nazirliyində görüş olub

6 Mart 2018 17:07

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri Ahmet Açıkgöz ilə tanışlıq görüşü olub. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

"Sənin kimi kişini başqa cür sındırıram" - Azərbaycan telekanalında QALMAQAL - VİDEO

6 Mart 2018 17:00

Bu gün "Səni axtarıram" yenidən qalmaqallı səhnələri ilə yadda qalıb. Qalmaqal itkin düşən 1 uşaq anası Çinarəni axtaran anası və atalığı Dövlət və ilk gündən bu cütlüyü tənqid edən ekspert - qadın vəkil Şəfiqə Nağıyeva arasında yaşanıb.

Azərbaycanda qadınların sayı açıqlandı - Maraqlı faktlar

6 Mart 2018 16:55

2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil etmişdir.   Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən il doğulmuş 144,0 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir. 

Bakıda təmizliyə riayət olunmadığına görə bəzi bələdiyyə rəhbərləri cərimələnib

6 Mart 2018 16:53

"Xəzər rayonunda tullantıların qarşısının alınması məqsədi ilə ərazilər tullantılardan təmizlənib, Şüvəlan qəsəbəsində keçmiş daş karxanasının yaxınlığındakı hissədə yaşıllıqlar salınıb". Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Akademik: "Yeni qaydalarla bağlı təkliflər Orfoqrafiya Komissiyasına təqdim olunacaq"

6 Mart 2018 16:50

"Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş davam etdirilir". Bunu AMEA-nın vitse - prezidenti, akademik İsa Həbibbəyli deyib.

Ötən ay nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

6 Mart 2018 16:47

Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.  Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.

Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur

6 Mart 2018 16:22

Ağstafa royonu ərazisində də yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır.

Bilik Fondu ilk dəfə səs verəcək gənclərlə görüş təşkil etdi

6 Mart 2018 16:22

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi Sosial Xidmətlər müəssisəsində “İlk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məlumat verib və bütün seçiçiləri fəal olmağa çağırıb.