Sosial
Əndazədən çıxan toy adətlərini inzibati yolla tənzimləmək təklifi
Ofis şəraitində işləyənləri hansı xəstəliklər gözləyir?
Gün ərzində uzun müddət kompüter qarşısında oturmaq, havasız ofislərdəki isitmə və soyutma sistemləri və hərəkətsizlik xroniki xəstəliklərə səbəb olur. Rahat iş şəraiti kimi görünən ofislərdə işləyənlər böyük risk altındadır. Ofisdə işləyənlərdə bel, boyun, əzələ xəstəlikləri, tromblaşma, göz xəstəlikləri, qan dövranı xəstəlikləri, psixososial problemlər və ağciyər xəstəlikləri kimi insan həyatına mənfi təsir edən xəstəliklər müşahidə edilir.
Hansı bürcdən olan kişi daha sədaqətlidir?
Sədaqət dostluq və sevgi kimi münasibətlərdə önəmli yer tutur. Hər bir qadın da ömrünün sonuna kimi ona sadiq qalacağı və birgə yaşayacağı kişi arzusundadır. Qadınların axtarışlarını asanlaşdırmaq üçün hansı bürcün kişilərinin daha etibarlı, sadiq olmasını araşdırıb. Sədaqətlik şkala üzrə 1-3 rəqəmləri ilə qiymətləndirilib.
Sumqayıtda dəm qazından ölən ailənin FOTOSU
Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailə dəm qazının qurbanı olub. Rəsmi məlumata əsasən, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.
Kamal Abdulla Robert Sekuta ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.
ADU ilə Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan Dillər Universiteti (ADU) və İndoneziyanın Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Malanq İslam Universitetinin rektoru, professor Haci Maskuri Bakri tərəfindən imzalanıb.
Soyuq havada idman edirsiniz?- bu qaydalara əməl edin!
Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz. Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik: İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.
Xəbərdarlıq: Ekran işığı bədən saatını pozur
Kompüter və televiziya qaynaqlı işığın bir çox mənfi təsiri var. Kompüter və televiziya qaynaqlı işığa məruz qalanlarda, daxili bioloji tarazlığı nizamlayan bədən saatının təbii ritmindən uzaqlaşdığı bildirildi. Selçuk Universiteti (SÜ) Tibb Fakültəsi Psixiatriya Fundamental elm sahəsi Müəllim Doç. Dr. Yavuz Selvi, yuxu-bioloji ritm və psixiatrik pozuqluqlar əlaqəsini araşdırdıqlarını söylədi.
Ötən il 78 məhkum cəzasını öz ölkəsində çəkmək üçün təhvil verilib
Ötən il Ədliyyə Nazirliyində xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və digər məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 16 min 760 sorğunun icrası üzrə tədbirlər görülüb.
Dövlət orqanlarında 155 vəzifə üzrə daxili müsahibə elan olunub
5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.
Ötən il cəzaçəkmə müəssisələrində 691 cinayət hadisəsinin qarşısı alınıb
2017-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində 691 cinayət hadisəsinin qarşısı alınıb. Məlumata görə, ötən il cəzaçəkmə müəssisələrində 5600 nəfərdən çox məhkum ictimai faydalı əməyə cəlb edilib.
Hepatit C olduğu deyilən Aydın Xırdalanlı DANIŞDI: “Çayxanada oturmuşam”
Aydın Xırdalanlı qaraciyər serrozundan əziyyət çəkmədiyini söyləyib. Meyxanaçı verdiyi açıqlamada səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qaraciyər serrozu və Hepatit C xəstəsi olmağım barədə xəbərlər yalandır”.
Ötən il 54 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb
Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb. Məlumata görə, daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb.
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı
Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb. Nazirlikdən verilən məlumata görə, martın 19-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.














