Sosial
Fondun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
Martın 17-də "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tərəqqi medalı sahibinə təqdim edildi- Qazaxıstanda
Ramil Usubovdan yeni rəis TƏYİNATLARI
Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.
Ağdaşda 27 kilometrlik yol yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılan 63 kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Ağdaş rayonunda daha bir avtomobil yolu əsaslı şəkildə bərpa olunur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 27 km olan Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər isə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Sankt-Peterburqda Azərbaycan əsilli şəxslər kütləvi dava saldı
Sankt-Peterburun Vıborq rayonundakı “Milan” kafesində Azərbaycan əsilli şəxslərin iştirakı ilə kütləvi dava baş verib. Dava travmatik silahdan atışma ilə müşayiət olunub.
“Lotu Quli”nin atası niyə həbs olunub, İsgəndər Həmidovla onu nə birləşdirib?
Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az silsilə yazılar təqdim edəcək. Oxumaq istəyənlər saytı izləsinlər. Əldə etdiyimiz kitabda Lotu Quli haqda heç yerdə eşitmədiyiniz məlumatlarla tanış olacaqsınız. Nadir Səlifov 1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailədə üç qardaş və iki bacı olublar.
Eldar Əzizov: "Bayıl sürüşmə sahəsində yaşayan sakinlər evlərinə qayıtmaq istəyirlər"
"Bayıl sürüşmə sahəsində yaşayan sakinlərlə dialoq davam etdirilir. Sürüşmə sahəsində yaşayan sakinlərin böyük hissəsi öz evlərinə qayıdıb yaşamaq istəyirlər". Bunu Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, sürüşmə zəifləsə də, proses hələ dayanmayıb: "Yekun qərar qəbul etmək üçün mütəxəssislərin rəyi olmalıdır. Kompensasiyanın verilməsinə də baxılır. Bəli, evləri dağılan sakinlərə kompensasiya verilməsi uzanır. Çünki sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Hesab edirəm ki, çox qısa vaxtda problem həllini tapmalıdır".
Cümhuriyyəti ili çərçivəsində növbət tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Martın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Peşə Tədris Mərkəzində AMEA-nın Fəlsəfə institutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Maarifçilikdən Xalq Cümhuriyyətinə: siyasi-fəlsəfi aspektlər” mövzusunda mühazirəsi keçirilib.
Bütün gözəlliyi tanrım o sərvinazə verib...
Həmin sərvinaz Zülfiyyə Eldar qızıdır. Əməkdar jurnalist Hikmət Cəmilzadənin yazdığı kitab belə adlanır...
Gənclər üçün yeni imkanlar yaradılır
Ölkənin vahid gənclər gənclər platforması və öz ətrafında 125 gənclər təşkilatını birləşdirən Gənclər Təşkilatları Milli Şurası Xəzər Universiteti ilə “Tələbələrinin müəssisə, idarə və təşkilatlarda keçəcəyi təcrübəyə dair” müqavilə imzalayıb.
Bayramda hava necə olacaq?
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Əmək Nazirliyi 15 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Əmlak, qızıl, bank əmanəti, yoxsa qiymətli kağızlar? - HANSI SƏRFƏLİDİR?
Bakıda binanın zirzəmisindən üzərində ərəb və fars dillərində yazı olan silah tapılıb
Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb. Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi – Layihə
“Tərəqqi” Sosial Tədiqatlar və "Dalga" Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyəti və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi çərçivəsində birgə həyata keçirdiyi “İcmanın Yerli Problemlərin Həllində Səlahiyyətlərinin Artırılması və Yerli İdarəetmə ilə Əməkdaşlığının Gücləndirilməsi” layihəsi çərçivəsində icma nümayəndələri üçün təlimləri digər hədəf rayonda davam etdirir. Bu dəfə təlim 16-18 mart 2018-ci ildə Sabirabad rayonunda fəal icma nümayəndələri üçün təşkil olundu.
.jpg)













