Gənclər üçün yeni imkanlar yaradılır

 Ölkənin vahid gənclər gənclər platforması və öz ətrafında 125 gənclər təşkilatını birləşdirən Gənclər Təşkilatları Milli Şurası Xəzər Universiteti ilə “Tələbələrinin müəssisə, idarə və təşkilatlarda keçəcəyi təcrübəyə dair” müqavilə imzalayıb. 

Ölkənin vahid gənclər gənclər platforması və öz ətrafında 125 gənclər təşkilatını birləşdirən Gənclər Təşkilatları Milli Şurası Xəzər Universiteti ilə "Tələbələrinin müəssisə, idarə və təşkilatlarda keçəcəyi təcrübəyə dair" müqavilə imzalayıb. "OLAYLAR" Milli Şuraya istinadən xəbər verir ki, müqaviləyə əsasən Xəzər Universitetinin tələbələri Milli Şuranın katibliyində təcrübə keçəcəklər. Təşkilatda gənclər müxtəlif departamentlərdə fəaliyyət göstərərək gələcək karyeraları üçün vacib olan bilik və bacarıqlara yiyələnmək, həmçinin, onlara Azərbaycanda gənclər hərəkatının inkişaf etdirilməsinə öz töhvələrini vermək üçün imkan yaradılacaq. Milli Şuranın komandasına qoşulan gənclər seçdikləri sahələrə müvafiq olaraq iş təcrübəsi, milli və beynəlxalq səviyyədə əlaqələr və gündəlik maraqlı iş şəraitində işləyəcəklər. Fəaliyyətlər zamanı təcrübəçilər iş zamanı planlaşdırma, idarəetmə, təşəbbüslərin və tapşırıqların idarə olunması, hesabatçılıq, büdcənin hazırlanması və başqa bacarıqlara yiyələnəcək. Gənclər ofis şəraiti ilə yanaşı xarici ölkələrdə tədbir, layihə və təlimlərdə ölkəmizi təmsil etmə imkanı əldə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31