Sosial
473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub
Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 473 nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
Azərbaycanlı gənc ixtiraçının adı “Forbes” jurnalının reytinq cədvəlində
Kredit verənlərlə bağlı qanun dəyişdirilir
Kredit təşkilatları aralarında hüquq münasibətləri yaranmış cari borclanan olan kredit tarixcəsi subyektərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə biləcək. Məlumata görə, bu barədə "Kredit büroları haqqında" qanunun 23-cü maddəsində (keçid müddəaları) qeyd edilib.
DİM sınaq imtahanı ilə bağlı xəbərdarlıq etdi
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzindən “Olaylar”a bildirilib ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Sınaq imtahanına qeydiyyat 28 mart saat 10:00-dək aparılacaq.Sınaq imtahanının 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.
Qənirə Paşayeva gənclərə çağırış etdi
Millət vəkili Q.Paşayeva Astaranın Əzərüd kəndində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anım günündə gənclərə çağrış edib.“Olaylar” xəbər verir ki, Astaranın Əzərüd kəndində Aprel zəfəri qəhrəmanlarından Pəncəli Teymurovun doğum günündə onunla bağlı kənd orta məktəbində təşkil edilmiş anım tədbirində çıxış edən millət vəkili Q.Paşayeva tədbirin hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirib və bu cür tədbrlərin vacibliyini xüsusi vurğulayıb: “Pəncəli Teymurov kimi qəhrəmanlarımız həmişə qəlbimizdə yaşayacaq. Xalqımız, vətənpərvər ruhda böyüyən gənc nəsil Pəncəli Teymurovun xidmətlərini heç zaman unutmayacaq”.
İstanbulda Novruz şənlikləri
İstanbulda Türk Dünyası Mədəniyyət Şəhərciyində Azərbaycanın İstanbul Baş Konsulluğunun, Türkiyə Mədəniyyət Nazirliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin yaxın iştirakı ilə Novruz şənlikləri keçirilib. Şənliklərdə minlərlə istanbullu və qardaş türk xalqlarının nümayəndələri iştirak edib, Novruz bayramını böyük sevinclə qeyd ediblər.
GMO məhsullarının orqanizmə hansı zərərləri var?
Son illər müşahidə edilən tendensiyalardan biri də ondan ibarətdir ki, genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılıb. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olurdular. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirdilər.
“Opel” yolu keçən piyadanı vurub öldürdü
Nazirlik: Bayıl yamacı yaşayış üçün təhlükəlidir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin martın 30-da keçiriləcək iclasının gündəliyi məlum olub. Məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.
DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə - Sürücülük vəsiqəsinə isə bal yazıla bilər - VİDEO
Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər. Məlumata görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.
Səhiyyə Nazirliyi: "Azərbaycanda 60 min insan epilepsiyadan əziyyət çəkir"
Dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb, ilk növbədə, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti və s. məsələlər tədqiq edilib.
Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib – sensasion təfərrüat
Sürüşmə ilə bağlı SON DURUM
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprel ayının əvvəlindən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işlərinə başlayacaq. Bunu ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR? - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏR
Son dövrlərin dəbi olan enerji içkilərinə gənclər xüsusilə böyük maraq göstərir. Amma çox az adam onların bədənə hansı təsiri göstərməsi ilə bağlı gerçəkləri bilir. Bəs enerji içkiləri güman edildiyi kimi bədənə enerji verirmi?













