473 nəfər  üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 473 nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

28,4 min  nəfər isə peşəyönümü tədbirlərinə cəlb edilib

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 473 nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Onlardan 443 nəfəri Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə qeyd edilən kurslara cəlb ediliblər. Xidmətin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı təqdirdə onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr (inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi, xalçaçı və s.) tədris olunur.  

Qalan 30 nəfər şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul edilib.

Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərə peşə şəhadətnamələri verilir, onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən aidiyyəti işlər aparılır.

Gənclərin peşə maraqlarının  və  peşə  meyillərinin  müəyyənləşdirilməsi,  onlara  gələcək  peşə  və  ixtisas  seçimində  köməklik  göstərilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Əsasən orta orta ümumtəhsil  məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan bu tədbirlərdə əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib. Son iki ayda peşəyönümü tədbirlərinə cəlb olunan gənclərin sayı 28 419 nəfər təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31