Sosial

Bu informasiyalar uşaqlar üçün QADAĞAN EDİLƏCƏK - SİYAHI

27 Mart 2018 11:27

Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib.

7,2 kilometr dəmir yolu əsaslı təmir olunur

27 Mart 2018 11:24

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, martın 27-dən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km yolun əsaslı təmirinə başlanılıb. İşlər bir həftə davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

Bayram günlərində ondan çox şəxs XƏSTƏXANALIQ OLDU

27 Mart 2018 11:12

Novruz bayramında istirahət günlərində (mart ayının 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 12 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib. Bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərin 7-si şöbəyə qəbul edilib, müvafiq yardım göstərildikdən sonra evə buraxılıb.

"Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən narazılıqlar var"

27 Mart 2018 11:01

Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib. N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Xalq artisti vəfat etdi

27 Mart 2018 10:18

“Risalə” elmi araşdırmalar toplusunun yeni nömrələri təqdim olundu

27 Mart 2018 09:48

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və dissertantlarının əsərlərindən ibarət nəşrinin növbəti on ikinci və on üçüncü nömrələrinin təqdimatı olub. Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verib. “Risalə” elmi məqalələr toplusunun beynəlxalq statusunun artığını söyləyib.

Astroloji proqnoz - 27 mart

27 Mart 2018 06:31