Azərbaycanlı gənc ixtiraçının adı “Forbes” jurnalının reytinq cədvəlində
27 Mart 2018 14:41 SosialDünyanın nüfuzlu nəşrlərindən olan "Forbes" jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin - Reyhan Camalovanın adı daxil edilib.
"Forbes"in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova "İstək" liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən "Reynerci (Rainergy)" qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.
Xatırladaq ki, Reyhan Camalovanın Hindistanda keçirilən "Climatelaunchpad" yarışmasında iştirakına AMEA-nın Yüksək Texnologiyalar Parkı sponsorluq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31