Sosial

Qar və dolu YAĞACAQ - XƏBƏRDARLIQ

2 Aprel 2018 14:22

Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli-mənəvi dəyərlər və müasirlik

2 Aprel 2018 14:13

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktual məsələlərdən hesab olunur. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib.

“Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi keçiriləcək

2 Aprel 2018 13:49

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi elan edir. Qurumdan “OLAYLAR”-a bildirilib ki,müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər. Müsabiqədə qalib olan birinci yerin sahibinə 600 AZN, iki ikinci yerin qalibinə 400 AZN, 3 üçüncü yerin qalibinə isə 300 AZN pul mükafatı veriləcək.

Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 8 894 müraciət daxil olub

2 Aprel 2018 13:48

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.

650 işçi peşə və ixtisasartırma kurslarIna cəlb olunub

2 Aprel 2018 13:48

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı son illərdə əldə olunan nailiyyətlər genişlənməkdədir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni ildə artıq bir neçə tədris proqramının nəticələri məlumdur. Belə ki, qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsində çalışan 105 nəfər ixtisasını mərkəzləşmə məntəqəsi növbətçisi kimi artırmaq üçün dövrü test imtahanı verib. Test imtahanından uğurla keçən işçilər 6 aylıq həmin ixtisasartırma kurslarına qatılıblar. 

Ömrümün Qarabağ səhifəsi

2 Aprel 2018 13:34

Elxan Ağabəyli - 60

2 Aprel 2018 13:21

1958-ci ildə  Şəkidə anadan olan, 1976-ci ildə  S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olan, 1981-ci ildə oranı qutaran Elxan Oruc oglu Ağabəyli ilk əmək fəaliyyətinə yerli “Şəki fəhləsi” qəzetində müxbir kimi başlamışdır. E.O.Ağabəyli  1990-ci ildə Şəki Mətbuat yayımı müəssisəsinə rəis vəzifəsinə irəli çəkilmişdir.  1995-2000 illərdə yerli Sovetin deputatı, eyni zamanda rayon İcra Başçısının 15 saylı ərazi məhəllə komitəsinin sədri (ictimai əsaslarda)  olmuşdur.

Vəkilliyə namizədlərin icbari təlimi başlamışdır

2 Aprel 2018 12:55

Ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Builki abituriyentlərə ŞAD XƏBƏR - PULSUZ OLACAQ

2 Aprel 2018 12:44

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.