Sosial

Ali məktəblərə qəbul üçün MÜSABİQƏ ŞƏRTLƏRİ açıqlandı

2 Aprel 2018 12:43

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün müsabiqə şərtləri açıqlanıb. “Abituriyent” jurnalının 2-ci nömrəsində bildirilib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılır.

Özbəkistanda  31 mart azərbaycanlıların soyqırım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

2 Aprel 2018 12:36

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlara yox deyək” adlı kitab sərgisi təşkil olunub.

Qarpızın qanqala çevrilməsi

2 Aprel 2018 12:30

Dostumgilə getmişdim. Düz tapdınız. Həmin baməzə, yəni zarafatcıl dostumgilə. Təxminən aprelin əvvəlləriydi. Evə qalxmamışdan qabaq məni bağçaya dəvət elədi, uşaqlara da tapşırdı ki, elə çardağın altındaca stol açsınlar. Çünki hava günəşliydi. Uzun sürən yağışlardan sonra qızğın istinin düşəcəyini təxmin etmək olardı.

350 min manatlıq saxta dərman vasitələri yandırıldı

2 Aprel 2018 12:19

Bu gün Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri Təhlükəli tullantılar ekoloji poliqonda yandırılaraq məhv edilib.

Sürüşmələr aktivləşib - Çökmə sahələri yaranıb

2 Aprel 2018 12:04

"Teleqüllə" sürüşmə sahəsində aktivlik müşahidə edilməyib". Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib. O bildirib ki, Zığ sürüşmə sahəsi, Masazır qəsəbəsi - "Zəli gölü" adlanan ərazi və Nübar qəsəbəsi sürüşmə sahəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən aktivlik qeydə alınıb.

Azərbaycandan Həccə getmək istəyənlərin sayı 650-ə çatıb

2 Aprel 2018 11:56

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 650 insan müraciət edib. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 650 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

Xırdalanda mağazaya qumbara atan yaxalanıb

2 Aprel 2018 11:53

Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 km dəmir yolu əsaslı təmir olunur

2 Aprel 2018 11:51

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlandı

2 Aprel 2018 11:47

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2018-ci il tarixədək 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” məlumat verir ki, bu barədə xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Şagirdlər arasında yeni müsabiqə keçirilir

2 Aprel 2018 11:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə start verilib. Idarədən “OLAYLAR”-a bildirilib ki, məktəblilərin biologiya elminə olan marağının  daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edir.

Yevlaxda 3,2 bal gücündə zəlzələ baş verib

2 Aprel 2018 11:25

Aprelin 2-də Yevlax rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:04:54-də qeydə alınıb.

Daha bir ANS-çi TV açdı

2 Aprel 2018 11:13

Azərbaycanda daha bir internet televiziya yayıma başlayıb. CVN adlanan kanal bu gündən fəaliyyətə başlayıb.