Tünzalə atasının yeddisi günü xınada oxudu -video
2 Aprel 2018 13:12 SosialXəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Ağayevanın atası Qabil bəy dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, dünən müğənninin atasının ölümündən 7 gün keçib.
Ağayeva atasının yeddi mərasimi günü xına məclisinə qatılıb. Onun toyda mahnı oxuyarkən çəkilən görüntüsünü şairə Nazilə Səfərli İnstaqram səhifəsində paylaşıb.
T.Ağayevanın atasının yeddisi çıxmamış toya getməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs onun bu addımını qınayıb.
Qeyd edək ki, T.Ağayevanın atası dünyasını dəyişəndən sonra İnstarqam səhifəsində mahnılarını paylaşması da birmənalı qarşılanmamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00