Sosial
23 illik “Olaylar”
Azərbaycan mətbuatında hər zaman öz izi, dəsti –xətti olan Olaylar İnformasiya Agentliyinin bu gün 23 yaşı tamam olur. 1995 –ci ilin bu günündə ilk dəfə agentlik və qəzet olaraq oxucuların diqqət mərkəzində idisə, indi artıq “Olaylar” həm də operativ fəaliyyət göstərən internet saytıdı.
Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi
Nazirlər Kabineti 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nı təsdiqləyib. Məqsəd körpə və uşaq ölümünün, eyni zamanda xəstələnmə səviyyəsinin azaldılmasına nail olmaqdır. Aprelin 23-dən 29-dək immunlaşdırma həftəsi keçirilir.
İşsizlikdən sığorta ilə bağlı cəzalar sərtləşdirildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" qanun, Cinayət və İnzibati Xətalar məcəllərində cəza mexanizmi ilə bağlı dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
"Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu
"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.“Olaylar”ın ın məlumatına görə, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Fərəc Quliyev deputatların maaşından gileyləndi
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də işlər görülməlidir. Milli Məclis bütün strukturların ağırlığını üzərində çəkən qurumdur. Bəzən deputatlar deyir ki, filan strukturların şöbə müdirlərinin xidməti avtomobilləri var, amma parlamentdə yoxdur.
“Müflisləşmə və iflas haqqında” qanun dəyişdirildi
"Müflisləşmə və iflas haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar” xəbər verir ki, layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb. Dəyişikliklərdən biri borclunun aktivlərinin satılması ilə bağlıdır.
Zəhranın fərdi sərgisi
Sabunçu rayonu X.Vəliyev adına 75 saylı tam orta məktəbin 7A sinif şagirdi Babayeva Zəhranın fərdi sərgisi açılıb. Bu münasibətlə onu anası Pəri xanım, atası Cəlal bəy, bacısı Rəvanə, qardaşı Rəvan təbrik edir.
WhatsApp'a istifadəçi yerini göstərən stikerlər gəlir
Əflatun Amaşov hesabata etiraz etdi
“Ombdusmanın hesabatında bu qurumun ümümi fəaliyyəti dolğun əks olunub. Məruzədə bir sıra məsələlər öz əksini tapıb”.
Milli Məclisdə bayram tədbiri keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə iyun ayında Milli Məclisdə bayram tədbirləri keçiriləcək. Bu barədə Milli Məclisin bugünkü iclasında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı Milli Məclisin işlər planı təsdiq edilib.
Ombudsman amnistiya üçün müraciət etdi
“Elmira Süleymanova o qədər kübar xanımdır ki, adam tənqidi fikirlər söyləmək istəmir. Mən təklif edirəm ki, insan hüquqları ilə bağlı qanun layihəsi hazırlanarkən qanunlar müvəkkilə göndərilsin və onun rəyi öyrənilsin”.
Elmira Süleymanova: “Bağçalar Təhsil Nazirliyinə qaytarılsın”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir.
Ombudsman: “Özəl tibb müəssisələrindən ciddi şikayətlər var”
“2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb”.
Ombudsman məmurları tənqid etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bəzi vəzifəli şəxslərə və məmurlara irad bildirib. “Olaylar”ın məlumatına görə, Elmira Süleymanova deyib ki, bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlılıq təmin edilməlidir.
Ombudsman Milli Məclisdə hesabat verdi
Milli Məclisin aprelin 24-də n keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzə ilə çıxış edir.










