İşsizlikdən sığorta ilə bağlı cəzalar sərtləşdirildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" qanun, Cinayət və İnzibati Xətalar məcəllərində cəza mexanizmi ilə bağlı dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
24 Aprel 2018 14:22 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında" qanun, Cinayət və İnzibati Xətalar məcəllərində cəza mexanizmi ilə bağlı dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Cinayət Məcəlləsinin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilib. Dəyişikliyə əsasən, maddənin adının "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma" olması təklif edilib. Maddənin 1-ci bəndində də dəyişiklik edilib. Belə ki, bəndə "işsizlikdən sığorta" sözü əlavə edilir. Bəndə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ya görə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşsizlikdən sığorta haqqında İnzibati Xətalar Məcəlləsində də cəza mexanizminin olması təklif olunub. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.