"Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu
"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.“Olaylar”ın ın məlumatına görə, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
24 Aprel 2018 14:20 Sosial"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb."Olaylar"ın ın məlumatına görə, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.