Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi
Nazirlər Kabineti 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nı təsdiqləyib. Məqsəd körpə və uşaq ölümünün, eyni zamanda xəstələnmə səviyyəsinin azaldılmasına nail olmaqdır. Aprelin 23-dən 29-dək immunlaşdırma həftəsi keçirilir.
24 Aprel 2018 14:27 SosialNazirlər Kabineti 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nı təsdiqləyib. Məqsəd körpə və uşaq ölümünün, eyni zamanda xəstələnmə səviyyəsinin azaldılmasına nail olmaqdır. Aprelin 23-dən 29-dək immunlaşdırma həftəsi keçirilir.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev immunlaşdırma həftəsi ilə bağlı bu gün keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, bu müddətdə hər hansısa səbəbdən peyvənddən yayınan uşaqlar peyvənd olunacaqlar. O uşaqların siyahısı çıxarılır, valideynlər məlumatlandırılır. Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramında ölkənin poliomilitdən azad statusunun saxlanılması, qızılca və məxmərək xəstəliyinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası nəzərdə tutulub.
Mərkəzin şöbə müdiri Afaq Əliyeva isə deyib ki, immunlaşdırma həftəsinin keçirilməsinə Ümumdünya Səhiyyə Təşkilatı dəstək verir.
"Bəzən valideynlər peyvənddən imtina edir, bəzən uşaqlar ərazi poliklinikasında qeydiyyata düşmürlər. Bu həftədən istifadə edilməlidir. Valideyn bilməlidir ki, uşaq peyvənd olunmaqla xəstəlikdən qorunur" - A.Əliyeva deyib. Virtualaz.org