Milli Məclisdə bayram tədbiri keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə iyun ayında Milli Məclisdə bayram tədbirləri keçiriləcək. Bu barədə Milli Məclisin bugünkü iclasında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı Milli Məclisin işlər planı təsdiq edilib.
24 Aprel 2018 13:37 SosialAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə iyun ayında Milli Məclisdə bayram tədbirləri keçiriləcək. Bu barədə Milli Məclisin bugünkü iclasında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. Z.Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı Milli Məclisin işlər planı təsdiq edilib. Bayram tədbirinə çoxsaylı xarici qonaqlar dəvət edilib. Birinci vitse-spiker onu da bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Milli Məclislə bağlı xatirə medalının təsis edilməsi məsələsinə də baxıla bilər.