Sosial

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfrans yekunlaşdı

6 May 2018 11:24

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans başa çatıb.  ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, Ümummilli Liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.

Sumqayıtda kişi öz ürəyinə bir neçə bıçaq zərbəsi vurdu

6 May 2018 11:13

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib. Şəhər sakini, 9-cu mikrorayon, ev 59, mənzil 36-da yaşayan 1960-cı il təvəllüdlü Cobanov Vladıceslav Rayonbəy oğlu özünün sol yuxarı nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.

İşdən çıxarılmış komitə sədri qızına toy elədi – FOTOLAR

6 May 2018 11:09

Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib. Toy mərasimi mayın 5-də “JW Marriott Absheron” oteldə keçirilib.

Müəllim şikayəti

6 May 2018 10:49

Təhsil problemlərindən danışılanda daha çox üstündə durulan məsələ valideyn, şagird və məktəb üçbucağını qabardırıq. Bizə görə, valideyn-şagird-məktəb üçbucağı sanki, valideynin də şagird kimi məktəbə gəlməsi, müəllimlə bərabər sinifdə işləməsidir. Əslində isə müəllimin valideynlə əl-ələ verərək cəmiyyət üçün vətəndaş hazırlamalı olduqlarını hamımız bilirik.

Şəkidə 58 yaşlı qadın intihar etdi

6 May 2018 10:44

Şəkidə 58 yaşlı qadın intihar edib. Hadisə mayın 5-i axşam saat 22:30 radələrində rayonun Böyük Dəhnə kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Gülbəniz Hilal qızı Abdullayevanın meyiti yaşadığı ünvanda hamamda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Bu gün X siniflər sınaq imtahanı verir

6 May 2018 10:38

Bu gün Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçirir. Mərkəzdən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunur.

Şamaxıda doğuş zamanı ana öldü - Həkimdən açıqlama (YENİLƏNDİ)

6 May 2018 10:33

"Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Əlisahab qızı Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Xəstədə ilkin olaraq yüksək qan təzyiqi və qanaxma müşahidə olunub. Xəstə əməliyyata götürülüb". Bu sözləri Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının həkimi, doğumda iştrak edən mama-ginekoloq Tünzalə Həmidova deyib.