Sosial

53 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

11 May 2018 14:47

May ayının ilk 10 günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb. “OLAYLAR” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov özünün facebpook profilində yazıb. O, qeyd edib ki, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bakıdakı pis qoxunun səbəbi açıqlandı

11 May 2018 13:16

Bakıdakı iyin əsas səbəbi neft emalı zavodunun zərərli tullantılarının həddindən artıq çox havaya buraxılmasıdır. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov deyib.

Kollec tələbələri Heydər Əliyevin şərəfinə 95 ağac əkdilər

11 May 2018 13:14

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin həyətindəki geniş parkda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib. İştirakıçlar Mərkəzdə Ulu öndərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət respublika müsabiqəsinə daxil olan nümunəvi sənət əsərlərinin sərgisi ilə tanış olublar. Sonra görkəmli siyasi xadimin anım mərasimi keçirilib.

Şənbə gününə olan hava proqnozu

11 May 2018 13:03

Azərbaycanda sabaha gözlənilən hava prqonozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Müsabiqənin qalibləri bəlli olub

11 May 2018 12:23

““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən 5 bal sistemi ilə qiymətləndirilib.