Müəllim-şagird münasibətləri necə olmalıdır? – MÜTLƏQ OXUYUN – VİDEO

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllim-şagird münasibətlərinin pozulması ilə bağlı məsələlər əsas müzakirə mövzusuna çevrilib. Buna səbəb isə Bakı məktəblərinin birində müəllimin şagirdi döyməsi xəbərinin yayılmasıdır. Daha dəqiq desək müəllimin şagirdi döyməsi faktının aşkarlanmasıdır.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Nəzərə alsaq ki, anaolji hadisələr bu vaxta qədər bir neçə dəfə baş verib və ictimai qınağa səbəb olub. Bu cür hallar bir daha onu göstərir ki, bəzi məktəblərdə hələ də müəllim-şagird münasibətləri düzgün səviyyədə qurulmur.

Aslan İbrahimov - Lənkəran şəhər Təhsil şöbəsinin müdiri: "Mən deyərdim ki, ibtidai siniflə ayrıca psixoloq məşğul olmalıdır. 5-10-cu siniflərlə ayrıca məşğul olmalıdır. Hətta müəllimin özü ilə də məşğul olan psixoloqların olması məktəbdə pis olmazdı. Bəzən elə kollektivlər olur ki,orada müəllimin özünün psixoloji yardıma ehtiyacı olur. Müəllim şagirdi tərbiyə məqsədiylə onların yol verdiyi səhvlərə görə cəzalandırarkən fiziki güc tətbiq edə bilməz".

Ümid İsmayılov - Şagird: "Biraz bizi danlayırlar. Amma əl qaldırmırlar. Sakit-sakit bizi başa salırlar. Bizə nəsihət verirlər".

Aysu Mahmudova - Şagird: "Gecikəndə də müəllim həmin şagirdi danlamır, sadəcə yavaş-yavaş başa salır".

Bahar Vəliyeva - Valideyn: "Məsələn ayaq üstə saxlasın. Ona mən razı olaram. Amma döymək yox, mən razı olmaram şəxsən".

Əgər şagird dərsi pozarsa və ya məktəb qaydalarına riayət etməzsə həmin şagirdin sinfi dəyişdirilə, yaxud da məktəbdən xaric oluna bilər.

Ülkər Cavadova - Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın psixoloqu:

"Bir iki kəlmə söhbət etdikdən sonra görürəm ki, sinif qarşısında, müəllim qarşısında buna nəsə fərdi yanaşa bilmərəm. Mən onu sadəcə otağa gətirib fərdi söhbətlər edirəm. Hər bir yaş dövründə hansı problemlər ola bilər, onları bilməlidir ki, onlara yanaşma tərzini öyrənsə, məncə konflikt yarana bilməz".

Əgər şagirdə qarşı kobudluq edən müəllimin təlim-tərbiyədə yol verdiyi digər pozuntular da təsdiqlənərsə, o, müəllimlik fəaliyyətindən uzaqlaşdırıla bilər.

Aslan İbrahimov - Lənkəran şəhər Təhsil şöbəsinin müdiri:

"Müəllim şagirdə bütün hallarda əl qaldıra bilməz. Əgər bu baş verərsə, məktəb rəhbərliyi tərəfindən dərhal sezilməlidir, bilinməlidir və müvafiq tədbirlər görülməlidir. Müəllimə xəbərdarlıq edilə bilər. Töhmət verilə bilər. Əlbətə ki, son xəbərdarlıq edilə bilər".

Müəllim-şagird münasibətlərində baş verən nöqsanların səbəbini təkcə məktəbdə görmək olmaz.

Unutmayaq ki, şagirdə tərbiyə verən əsas tərəf elə valideynlərdir. Ona görə də bu məsələnin həllində müəllim-valideyn əməkdaşlığının qurulması mütləqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31