Sosial
Nazirlik araşdırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ceyranların sayı 7 minə çatdı
Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir. Olaylar.az bildirir ki, XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar düzündə, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb.
DSMF-nin binası qəsdən yandırılıb:sənədlər yanıb - İDDİA
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub. , Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.
“ASAN xidmət” mərkəzində onlayn hüquq xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzində onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb. Olaylar.az bildirir ki, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilirlər.
ASAN Viza Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında
Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb. Olaylar.az bildirir ki, ASAN Viza vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.
Tibb sahəsində YENİLİK: Vəfat etmiş xarici donoru da ölkəmizə gətirmək mümkün olacaq
Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir. Bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.













