Sosial

Bölgələrdəki abituriyentlərə universitetləri yaxından tanıdıldı

14 İyun 2018 21:20

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb. Layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında gerçəkləşib. Olaylar.az bildirir ki, Fondun Nizamnaməsində göstərildiyi kimi, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə istinadən həyata keçirilən layihənin məqsədi gənclər arasında bu sahənin populyarlaşmasına xidmət göstərməkdir.

Ülvi Mehdiyev: "Sürücülük vəsiqəsinin "ASAN xidmət"də verilməsi mümkün deyil"

14 İyun 2018 21:17

"Sürücülük vəsiqəsinin "ASAN xidmət" mərkəzlərində verilməsi texniki cəhətdən mümkün deyil". Bunu "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib.

MEK xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir

14 İyun 2018 21:16

Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan “15 iyun” müstəqil Azərbaycanın tarixində “Milli Qurtuluş günü” kimi həkk olunub. Bu təqvim ümummilli lider Heydər Əliyevin Azərbaycanda böyük siyasətə yenidən qayıdışının rəsmiləşdirildiyi tarixdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində bu günə qədər davam edən uğurlu bir mərhələnin başlanğıcı qoyulub. “Milli Qurtuluş günü” Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirilib.

Uşaqlara işgəncə verən tərbiyəçidən XƏBƏR VAR

14 İyun 2018 21:14

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

ETSN-də Milli Qurtuluş Günü qeyd olundu

14 İyun 2018 21:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Nazirliyin Mətbuat xidmətindən Olaylar.az -a  verilən məlumata görə, bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

Narkoloji Mərkəzin yeni binası istifadəyə verildi

14 İyun 2018 18:17

Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib.