Uşağın cinsiyyəti ana ömrünə təsir edir – Oğul anaları…
15 İyun 2018 06:08 SosialUşağın cinsiyyəti ananın ömrünün uzunluğuna təsir edir.
Medicina.az bildirir ki, bu aparılan araşdırmalar nəticəsində məlum olub.
Belə ki, oğul anaları qız analarına nisbətən daha az yaşayırlar. Finlandiyanın Turku Universitetinin əməkdaşlarının apardıqları araşdırmalar belə deməyə əsas verir. Alimlərin fikirnə görə, oğlan uşağının doğulması anaların sağlığına mənfi təsir göstərir, belə qadınların ölüm riski 7% artır.
10 il ərzində bütün dünya ölkələri üzrə aparılmış araşdırmalar nəticəsində oğul analarının qız analarına nisbətən 3 il az ömür sürdüyü məlum olub. Çünki oğlan uşağına hamilə olan qadının qanında testosteron səviyyəsi yüksəlir, bu da onun immunitetini zəiflədir və müxtəlif infeksiyalara qarşı daha az davamlı edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31