Sosial

Günəş tutulması OLACAQ

4 İyul 2018 08:24

Bu ay Günəş tutulması (qismən tutulma) baş verəcək. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, 13 iyulda baş verəcək Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.

Qanunsuz balıq ovu edən şəxslər saxlanıldı

4 İyul 2018 08:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.  Olaylar.az bildirir ki, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.