Dadlı qayğanağın bişirilmə QAYDASI - İndiyədək bildiklərimiz SƏHV İMİŞ
4 İyul 2018 07:11 SosialHətta ən sadə yeməkləri əsl sənət əsərinə çevirmək olar. Yetər ki, düzgün hazırlanma qaydalarına əməl edək.
Milli.Az xəbər verir ki, məşhur italyan aşpazları sadə qayğanağı dadlı bişirməklə bağlı bir neçə sirrin üstün açıblar.
Məlum olub ki, ideal qayğanağa bişən müddətdə 2 çay qaşığı su əlavə etmək lazımdır. Özü də suyu yumurtanın ağı tavada yayılan vaxt əlavə etməliyik.
Bundan başqa qayğanağın yumurtasını deyil, öncə tavada isitdiyimiz yağını duzlamalıyıq.
Unutmaq lazım deyil ki, istənilən yeməyi ləzzətli edən ərzaqların keyfiyyətidir. Əgər bişirdiyiniz yumurtanın ağı birazca şişmiş, sarısı isə zərif və parlaq sarı rəngdə deyilsə, bilin ki, yumurtaların saxlanma müddəti keçib. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31