"Arxasız" ev - qışda isti, yayda sərin - FOTO
4 İyul 2018 09:52 SosialABŞ-ın Klinton şəhərində tikilən "arxasız" ev istənilən hava şəraitinə qarşı dözümlüdür.
AZƏRTAC bildirir ki, ilk baxışdan adi evlərdən seçilməyən 2 mərtəbəli ensiz binanın bir hissəsi torpağın altındadır. Maraqlıdır ki, bina arxadan da torpaqla örtülüdür.
Yaşayış sahəsi 300 kvadratmetr olan ev 3 yataq, 1 qonaq, 2 vanna otağı və mətbəxdən, eləcə də köməkçi sahələrdən və qarajdan ibarətdir. Binaya təbii işığın az düşməsi onun yeganə mənfi cəhəti hesab olunur.
Ev sakinləri komfort şəraitdə yaşayırlar, çünki burada qışda isti, yayda isə sərin olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31