41 yaşlı imam 11 yaşlı qızla toyunu xaricdə etdi - RƏZALƏT...
4 İyul 2018 09:35 SosialMalayziyanın Kelantan ştatının imamı Çe Abdul Kərim Çe Əbdül Həmid özünə üçüncü arvad etmək məqsədi ilə 11 yaşlı qızla nikah bağladıqdan sonra diqqət mərkəzinə gəlib. Moderator.az yazır ki, bu haqda "Channel News Asia" portalı xəbər yayıb. Hazırda ölkə hakimiyyəti 41 yaşlı kişi ilə bağlı təhqiqat aparır. Onu altı aya qədər həbs gözləyir, çünki yerli qanunlara əsasən nikah bağlanması üçün müsəlman qadının, ən azı, 16 yaşı olmalıdır. Qeyd edilir ki, imamın artıq iki arvadı və altı uşağı var. Malayziyada 16 yaşına çatmamış şəxslərlə nikaha qadağa qoyulması səbəbindən imam Çe Əbdül Kərim 11 yaşlı qızla toy mərasimini Tailandda təşkil edib.Qəribədir ki, qızın valideynləri yeni kürəkənlərini ciddi müdafiə edirlər. Onların fikrincə, imam qanunu pozmayıb. Çünki qız 16 yaşına çatdıqdan sonra onun evinə gedəcək. Onadək isə valideynləri ilə birlikdə yaşayacaq.