Günəş tutulması OLACAQ

Bu ay Günəş tutulması (qismən tutulma) baş verəcək. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, 13 iyulda baş verəcək Günəş tutulması (qismən tutulma) Antarktidanın şimalını, Sakit və Hind okeanları qovşağını əhatə edəcək.

X. Mikayılovun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 05:48:23-də başlayıb, saat 07:01:05-də maksimumda olacaq və saat 08:13:44-də sona çatacaq.

O qeyd edib ki, Günəş tutulmasını Azərbaycandan izləmək mümkün olmayacaq.

Qeyd edək ki, 2018-ci ildə ilk Günəş tutulması (qismən tutulma) 15 fevralda baş verib. İkinci tutulma iyulun 13-də, üçüncü tutulma isə 11 avqustda baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31