Meyiti tapılan 4 yaşlı Leylanın ölümündə ŞOK TƏFƏRRÜAT : "8-10 gün çılpaq vəziyyətdə..."

Xəbər verdiyimiz kimi, 18 gün əvvəl Türkiyənin Ağrı şəhərində itkin düşən 4 yaşlı Leyla Aydəmirin cansız bədəni çılpaq şəkildə tapılıb.Bəzirhanə kəndində dəfn edilən azyaşlının ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.Kənd bələdiyyəsindən verilən açıqlamaya görə, meyit üzərində aparılan ekspertizanın ilkin nəticəsinə görə, 4 yaşlı Leyla acından dünyasını dəyişib.Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.Qaçırıldığı iddia olunan azyaşlı qızın 8-10 gün ac saxlanıldığı və bu səbəbdən öldüyü bildirilir.Polis araşdırmalara başladı.mənbə: sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31