Sosial

Gənc ixtiraçı Reyhan Camalova ilə görüş

27 Noyabr 2018 18:29

Gənc ixtiraçı Reyhan Camalova ilə paytaxt məktəbliləri arasında görüş keçirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki. görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Xədicə Məmmədova, Təhsil İnstitutunun nümayəndəsi Tofiq Sadıxov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edilib

27 Noyabr 2018 18:25

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzitərəfindən ali təhsil müəssisəsinə 10 000 nüsxə elektron kitabın təqdimetmə mərasimi keçirilib.

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb

27 Noyabr 2018 17:41

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək

27 Noyabr 2018 17:09

Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar 3-5 dekabr tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda (Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi keçiriləcək.

MEK –də 6446 dissertasiya, 19747 avtoreferat mühafizə olunur

27 Noyabr 2018 17:05

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən dissertasiya və avtoreferatlar çap və elektron versiyalarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunur.

“Məni Bakıda İrina qarşıladı” – Özbək qızların macəraları

27 Noyabr 2018 16:48

Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinən 1964-cü il təvəllüdlü Bakı şəhər sakini İrina Qəmbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İrina Qəmbərova Özbəkistan vətəndaşı olan digər şəxslə əlbir olan bir qrup təşkil edib.

“Çin mətbəxi” adlı ustad dərsləri keçirilib

27 Noyabr 2018 16:32

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin yeməklərinin hazırlanması” mövzusunda ustad dərsləri keçirilib.

Universitetdə dəyirmi masa

27 Noyabr 2018 16:19

Azərbaycan Dillər Unversitetində Müqayisəli folklor və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyalarının birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib. “Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi çərçivəsində keçirilən dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb.