Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzitərəfindən ali təhsil müəssisəsinə 10 000 nüsxə elektron kitabın təqdimetmə mərasimi keçirilib.

Azərbaycan  İlahiyyat  İnstitutunda (Aİİ)Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzitərəfindən ali təhsil müəssisəsinə 10 000 nüsxə elektron kitabın təqdimetmə mərasimi keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qonağı salamlayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrinvə etimadın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına  xüsusi diqqət yetirildiyini  vurğulayan C.Məmmədov müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığınmüsbət səciyyə daşıdığını qeyd edib.

Cənab Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində 10 000 elektron kitab nüsxəsiniAİİ rektoru C.Məmmədova hədiyyə edərək, İnstitutun kitabxanasının zənginləşdirilməsinə verdiyi töhfədən məmnunluğunu bildirib.  

Çıxışına davam edən misirli alim söyləyib ki, hədəfimiz birdir: "Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından təqdim etdiyim bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin, yazıçılarının kitabları, dini ədəbiyyat, hədis, lüğətlər,ensiklopediya da vardır. Çox istərdim ki, təqdim etdiyimiz ədəbiyyat həm müəllimlərin, həm də tələbələrin istifadəsi üçün faydaslı olsun".

Tələbələrin də qatıldığı mərasim mövzu ətrafında maraqlı müzakirələrlə davam edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31