MEK –də 6446 dissertasiya, 19747 avtoreferat mühafizə olunur
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən dissertasiya və avtoreferatlar çap və elektron versiyalarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunur.
27 Noyabr 2018 17:05 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qaydalarına əsasən dissertasiya və avtoreferatlar çap və elektron versiyalarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunur.
MEK-in Dissertasiyalar fondunda 6446 dissertasiya, Avtoreferatlar fondunda isə 19747 avtoreferat mühafizə olunaraq oxucuların və tədqiqatçıların istifadəsinə verilir. 550 dissertasiya və 15281 avtoreferat MEK-in müəllifi olduğu e-kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilərək asan axtarış üçün oxucuların ixtiyarına verilib. Sənədlərin elektron emal prosesi davam edir.