Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişlidə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edib. "OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki,

İmişlidəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31