Sosial

Daim üşüməyin 7 SƏBƏBİ

28 Noyabr 2018 18:44

Azərbaycan media təmsilçilərinin Ankara səfəri davam edir

28 Noyabr 2018 18:18

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfər proqramı davam edir.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

28 Noyabr 2018 17:44

Gender mədəniyyəti dünyagörüşün, davranışın, əxlaqın, mental düşüncənin dəyişməsidir. Gender mədəniyyəti o zaman zəruriyyətə çevrilir ki, gender biliklərini məqsədyönlü və sistematik olaraq, milliliyi qorumaqla, insanlara aşılamaq lazım gəlir. “Gender” müasir dövrümüzdə ən çox işlənən termin olmaqla yanaşı, cəmiyyətdə kişi və qadın münasibətlərinin inkişafında yeni bir baxış tərzidir.

İcazəsiz ov edənlər saxlanıblar

28 Noyabr 2018 17:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Masallı və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

28 Noyabr 2018 17:05

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Universitetdə pulsuz serb dili tədris olunacaq

28 Noyabr 2018 16:42

Azərbaycan Dillər Universitetində ölkəmizdə ilk dəfə olaraq serb dili və mədəniyyətinin tədrisinə başlanılıb. Universitet yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün də şans yaradıb. Olaylar.az bildirir ki, təhsil ocağında fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə bu ilin noyabr ayının 16-dan etibarən həftənin I və V günləri saat 14:00-da ödənişsiz serb dili dərsləri keçirilir. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

28 Noyabr 2018 16:14

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda son 5 ildə təhsil sahəsində keçirilən islahatlar, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”da müəyyənləşmiş hədəflər barədə məlumat verilib.

Gənclərimiz kimi dinləyir?

28 Noyabr 2018 16:01

Azərbaycan mədəniyyətinin bir qolu olan Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Bu inkişaf yolu boyu ərsəyə gələn mahnılarımızda xalqın yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri, sevinci, kədəri, həsrəti əks olunub. Bəs inkişaf yolunun bugünki mərhələsində eyni hissləri duya bilirikmi? Duymuruqsa, problem kimdədir? Şairdə, bəstəkarda, yoxsa ifaçıda? Bəlkə də dinləyicidə. Çünki dinləyici olmadan musiqinin missiyası yarımçıqdır.

Şagirdlər yol hərəkəti qaydalarına dair maarifləndirilirlər

28 Noyabr 2018 14:42

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə praktiki məşğələlər, mühazirə, disput, seminar, “Açıq dərs” və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil olunub.