Sosial

Bürclər - 5 dekabr

5 Dekabr 2018 03:03

Nəsimi rayonunda Əlillər günü münasibəti ilə tədbir keçirilib

4 Dekabr 2018 18:48

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı 268 saylı Xüsusi məktəbdə təhsil alan əlil uşaqların iştirakı ilə müsiqili-əyləncəli tədbir keçirilib.

Bakıda mülki aviasiyada ətraf mühitin mühafizəsinə dair beynəlxalq müşavirə keçirilir

4 Dekabr 2018 18:40

Dekabrın 4-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi öz işinə başlayıb.

Aİİ-də yeni layihəyə start verilib

4 Dekabr 2018 18:12

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Tələbə seminarları” layihəsinə start verib. “OLAYLAR” –a təhsil ocağından bildirilib ki, Aİİ istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq,gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub. Bu seminarlar tələbələrin bilik səviyyələrini,bacarıq imkanlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.

Təhsil müəssisələrində Beynəlxalq Əlillər Günü qeyd edilib

4 Dekabr 2018 17:44

Paytaxt məktəblərində Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib. “OLAYLAR” xəbər verir ki, təhsil müəssisələrində Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans, “Dəyirmi masa”, görüş, şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqələr təşkil edilib.

UNEC-də ISO 9001:2015 KİS üzrə audit keçiriləcək

4 Dekabr 2018 17:36

UNEC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) növbəti auditi keçiriləcək.

Birgə müsabiqənin qalibləri mükafatlandırılıb

4 Dekabr 2018 17:30

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Texniki Universitet daha bir universitetlə əməkdaşlıq edəcək

4 Dekabr 2018 17:28

Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Eldar Hacıyev və universitetin professoru, filologiya elmləri doktoru İmpiriat Xalipaeva Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov ölkəmizlə Rusiya Federasiyası arasında olan tarixi dostluq əlaqələrinə diqqət çəkərək, qeyd edib ki, əməkdaşlıq üçün böyük perspektiv mövcuddur. AzTU-nun tarixi, elmi və kadr potensialı, beynəlxalq əlaqələri haqqında geniş məlumat verən professor Xalıq Yahudov, iki universitet arasındakı əməkdaşlığın bütövlükdə elmin inkişafına töhfə verəcəyini vurğulayıb.

Qanunsuz ov edən brakonyerlər cərimələnib

4 Dekabr 2018 16:50

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

Qaradağda Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilib

4 Dekabr 2018 16:46

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirmişdir.