Aİİ-də yeni layihəyə start verilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Tələbə seminarları” layihəsinə start verib. “OLAYLAR” –a təhsil ocağından bildirilib ki, Aİİ istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq,gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub. Bu seminarlar tələbələrin bilik səviyyələrini,bacarıq imkanlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Tələbə seminarları" layihəsinə start verib. "OLAYLAR" -a təhsil ocağından bildirilib ki, Aİİ istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq,gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub. Bu seminarlar tələbələrin bilik səviyyələrini,bacarıq imkanlarını nümayiş  etdirmələri baxımından əhəmiyyətlidir.

İlk seminar 7 dekabr 2018-ci il tarixdə, saat 14:00-da Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında "Həyata tələbə baxışı" mövzusunda təşkil olunacaq.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişafı istiqamətində silsilə tədbirlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31