Bakıda mülki aviasiyada ətraf mühitin mühafizəsinə dair beynəlxalq müşavirə keçirilir
Dekabrın 4-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi öz işinə başlayıb.
4 Dekabr 2018 18:40 SosialDekabrın 4-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Ətraf Mühitin Mühafizəsi üzrə Avropa İşçi Qrupunun birinci müşavirəsi öz işinə başlayıb. "Olaylar" xəbər verir ki, sözügedən İşçi Qrupu Avropa Aeronaviqasiya Planlaşdırma Koordinasiya Qrupunun (EANPG COG) və Avropa Regional Koordinasiya Qrupunun (RCOG) İCAO-nun Paris qərargahında 16-18 may 2018-ci ildə keçirilən müştərək müşavirəsində təsis edilib. İki gün davam edəcək müşavirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin təşkilatçılığı ilə keçirilir.Tədbirin keçirilməsində məqsəd mülki aviasiyada ətraf mühitin mühafizəsi ilə əlaqədar beynəlxalq tələblərin həyata keçirilməsi üzrə məsələlərin ekspert səviyyəsində həlli yollarının araşdırılması və müzakirələrin aparılmasından ibarətdir. Müşavirədə İCAO-nun Avropada akkreditasiya edilmiş dövlətləri və beynəlxalq aviasiya qurumlarının ekspertləri iştirak edirlər.